Ekvadorda bircinsli nikahlar qanuniləşdirilib » LGBT Azerbaijan Gay.Az
Ekvadorda bircinsli nikahlar qanuniləşdirilib
570 0

Ekvadorda bircinsli nikahlar qanuniləşdirilib

Dünya
Əlfəcin
İyunun 12-də Ekvadorun Ali Məhkəməsi bircinsli nikahları qanuniləşdirib. Qərar Nikah Hüququ haqqında vəsatət qaldıran iki eyni cins cütlərin xeyrinə qəbul edilir.

Əksər hakimlər - doqquzun beşi-bütün vətəndaşların bərabər hüquqlarına və ayrı-seçkiliyin qadağan edilməsinə istinad edərək, eyni cinsli nikahların leqallaşdırılmasına səs veriblər. Etiraz edən dörd hakim qeyd edib ki, bu leqallaşdırma ölkənin konstitusiyasına düzəlişləri tələb edəcək, burada nikah kişi və qadın arasında ittifaq kimi müəyyən edilir. Konstitusiya Məhkəməsinin qərarı icra və qanunvericilik hakimiyyəti üçün məcburidir.

Katolik kilsəsinin güclü təsiri olduğu Ekvador, LGBT nikahların qanuniləşdirilməsi üçün ilk addım 2015-ci ildə edilmişdir. O zaman hüquqi islahatlar çərçivəsində bircinsli tərəfdaşlıq qəbul edilib.

2010-cu ildə Argentina bircinsli nikahlari leqallaşdırmış Cənubi Amerikanın ilk ölkəsi oldu. Onun dalınca isə Uruqvay, Braziliya və Kolumbiya eyni qərara qəldilər.

Ekvador əhalisi təxminən 16 milyon nəfərdir.

Gay.Az
0
0
14.06.2019
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız