Gürcüstan: Tbilisidə LGBT fəalları «Ləyaqət Marşı» keçiriləcəklər
Dünya
Əlfəcin
Daha əvvəl Gay.Az bildirildiyi kimi, praydın keçirilməsi 20 iyun tarixində planlaşdırılırdı, lakin ölkədə baş verən hadisələr səbəbindən təxirə salındı.
Tbilisidə LGBT-Praydın təşkilatçıları onun iyulun 8-də keçirilməsi barədə bəyanat veriblər.
"İyunun 22-nə planlaşdırılan yürüş 20 iyun hadisələri səbəbindən təxirə salınıb. Bizim üçün ağrılı olan bu qərar ölkədə birdən-birə yaranmış siyasi vəziyyətlə bağlı idi. Biz bu ölkənin vətəndaşları kimi, Rusiya işğalına qarşı parlament qarşısında tam haqlı olaraq etirazları olanlara və Rusiya deputatının Gürcüstana biabırçı səfəri ilə həmrəy olduğumuzu bildirdik. Sabah, iyulun 8-də Tbilisi-Prayd komandası yerli və beynəlxalq tərəfdarlarımızla birlikdə "ləyaqət Marşı"nı keçirəcək.
Gürcüstanın Daxili İşlər Nazirliyi təhlükəsiz və dinc mühitdə marşın keçirilməsini təmin etmək üçün tam resurslara malikdir. Ümid edirik ki, Gürcüstan Hökuməti üzərinə düşən məsuliyyəti tam dərk edir və yüksək səviyyədə olacaq ki, "ləyaqət Marşı" nın hər bir iştirakçısının təhlükəsizliyi qorunsun", - deyə marşın təşkilatçılarının bəyanatında bildirilir.
Gay.Az
Foto/jamnews

Şərhlər (0)