Polşada hakim partiya "geylərdən azad " olan ərazilərin olunmasını təsdiqlədi » LGBT Azerbaijan Gay.Az
Polşada hakim partiya "geylərdən azad " olan ərazilərin olunmasını təsdiqlədi
5 193 0

Polşada hakim partiya "geylərdən azad " olan ərazilərin olunmasını təsdiqlədi

Dünya
Əlfəcin
Polşada hakim "qanun və ədalət" Partiyasının nümayəndələri "LGBTSİZ ərazi" (Strefa wolna od LGBT) yazısı ilə stikerlər buraxan Gazeta Polska nəşrinə dəstək verib.

"Biz mətbuat azadlığına təzyiq göstərmək və mediayalara nə yazacaqlarını və hansı etiketlərin buraxılacağını söyləmək fikrində deyilik", – deyə baş nazirin müavini Yatek Sasin bildirib. Beləliklə, o, hökumətyönlü nəşr tərəfindən buraxılan etiketlər ətrafında baş verən qalmaqala münasibət bildirib. Orada yazı ilə yanaşı, üstündən xətt çəkilmiş göy qurşağı bayrağı da təsvir edilmişdir.

Bir çox hüquq müdafiə qrupları və müxalifət siyasətçiləri stikerləri sərt tənqid ediblər.

Polşa Avropa İttifaqının bütün ölkələri arasında LGBT tolerantlığına görə son yeri tutur. İyulun 20 - də Polşa Belostokunda naməlum şəxslər gay parada hücum ediblər, 30-dan çox adam saxlanılıb. Ölkə hakimiyyəti zorakı hərəkətləri pisləyib.

Polşa əhalisi dərindən dini xarakter daşıyır: 2011-ci ildə keçirilmiş sorğulara əsasən, ölkə əhalisinin 86% - dən çoxu katolisizmə etiqad edir.

Gay.Az
0
0
25.07.2019
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız