Canada Ottavanın bələdiyyə başçısı Jim Uotson coming out edib » LGBT Azerbaijan Gay.Az
Canada Ottavanın bələdiyyə başçısı Jim Uotson coming out edib
340 0

Canada Ottavanın bələdiyyə başçısı Jim Uotson coming out edib

Dünya
Əlfəcin
Ottavanın bələdiyyə başçısı Jim Uotson artıq 40 il​ homoseksual olduğunu etiraf etdi.

Şənbə günü Ottawa Citizen,​ Uotsonun müəllifliyi arxasında bir sütun nəşr etdi.
Uotson​ uzun müddət onun oriyentasiyasını gizlətməyini çox​ ​ böyük səhf olduğunu söylədi.

O, ailəsinin, dostlarının və həmkarlarının necə reaksiya verəcəyindən narahat olduğunu və uşaqlıq dövründə öz oriyentasiyasına qarşı mübarizə apardığını söylədi.

O, Rusiya hökumətinin homoseksuallığa qarşı mövqeyindən qorxan LGBT idmançıları ilə həmrəylik nümayiş etdirmək üçün Rusiyada 2014 Olimpiya Oyunları zamanı bələdiyyə binasında LGBT bayrağını bindirdiyi zaman, bu sütunu yazmaq üçün ilhamlandığını söylədi.

Sosial şəbəkələrdə bir çox siyasi liderlər Uotsonu dəstəklədilər, o cümlədən Baş nazir Justin Trudo bəyanat verdi , və​ Ottavanın bələdiyyə başçısını, onun hekayəsinin açıqlanmasına görə, cəsur insan adlandırıb.

Trudo yazırdı:" Mən əminəm ki, Ottava sakinlərini və bütün Kanadalıları, bu cəsarətli sözlər , olduqları kimi olmaqdan çəkinməməyə ruhlandıracaq".

Liberal deputat Rob Oylifant öz homoseksuallığını açıq şəkildə bəyan edərək, Tvitter-də açıq etiraf etməyi bacaran Uotsonun cəsarəti barədə yazıb.

"Mən Jim Uotsonu öz dostum adlandırdığım üçün çox fəxr edirəm. O, həmişə mehriban, güclü və xeyirxahdır", - deyə o, öz tvitterində yazıb.

Sütunda Uotson təəssüflənir ki, onun cinsi oriyentasiyası haqqında danışmaq istəməməsi ,onu gizlətməyən onun gay dostları kimi​ "sevgi və macəralarla dolu" həyatından məhrum etmişdir.

Və hələ də istəklərini boğanlara bir məsləhət vermək cəsarətini alacağam: əlbəttə ki, heç kim sizi tələsdirmir və məcbur etmir, amma buna görə 40 il gözləməyi deyməz ", - deyə Uotson vurğulayıb.

Gay.Az
1
0
20.08.2019
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız