Gürcüstan Prezidenti Salome Zurabişvili qey-paradı dəstəklədi » LGBT Azerbaijan Gay.Az
Gürcüstan Prezidenti Salome Zurabişvili qey-paradı dəstəklədi
432 0

Gürcüstan Prezidenti Salome Zurabişvili qey-paradı dəstəklədi

Dünya
Əlfəcin
Gürcüstan prezidenti LGBT-pride haqda: hər kəsin marş hüququ var, zorakılıq yolverilməzdir

Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 5-ə planlaşdırılmış “Tbilisi prayd həftəsi”nin və “Ləyaqət marşı”nın keçirilməsi ilə əlaqədar bildirib ki, hər kəsin sözünü demək və öz fikrini ifadə etmək hüququ var.

Prezidentin sözlərinə görə, zorakılığın, təhdidin, təzyiqin və nifrətin bütün formaları Konstitusiyanın qarantı kimi onun üçün qəbuledilməzdir.

“Bu qəbuledilməzdir, çünki bu, insanların konstitusion haqlarının pozulmasıdır və Konstitusiyanın qarantı və müdafiəçisi kimi mənim üçün qəbuledilməzdir. Mən hesab edirəm ki, hər kəsin söz azadlığından istifadə etmək hüququ var. Bu, bizim kimliyimizin bir hissəsi olan, bizə xas dözümlülükdür. Bizim ölkəmiz bunun üzərində qurulub və sabah  da bunun üzərində inkişaf edəcək.

Buna görə də mən hesab edirəm ki, hər kəsin danışmaq hüququ var, Tbilisi praydın iştirakçılarının isə öz fikrini ifadə etmək və hamının Konstisusiya və qanunlarla təsbit edilmiş normalara uyğun olan konstitusion hüququ olan haqları həyata keçirmək hüququ var. Bu, ölkəmiz və birliyimiz üçün çox vacibdir”, – Zurabişvili deyib.

Gürcüstanın xalq müdafiəçisi bu gün bəyanatla çıxış edib və səlahiyyətli orqanları və vəzifəli şəxsləri iştirakçıların təhlükəsizliyini, söz və toplaşma azadlığını qorumağa çağırıb.

Nino Lomcariyaın sözlərinə görə, yüksək vəzifəli məmurlar məsələnin siyasiləşdirilməsinə təkan verir və LGBT birliyinin hüquqlarının məhdudlaşdırılmasını birlik üzvlərinin müdafiəsinin zəmanəti kimi təqdim etməyə çalışır.

“Məzmunundan asılı olmayaraq insan haqlarının müdafiəsi ilə əlaqədar istənilən dinc etiraz və ya həmrəylik aktı Gürcüstan Konsttusiyası ilə müdafiə olunub və bu hüquqların təmin edilməsinı görə məsuliyyət hökumətin üzərinə düşür”, – ombudsmenin bəyanatında deyilir.

Gay.Az/Salam.gay/jam-news.net
22
5
02.07.2021
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız