LGBT uşaqlarından imtina etməyən azərbaycan anaları (VIDEO) » LGBT Azerbaijan Gay.Az
LGBT uşaqlarından imtina etməyən azərbaycan anaları (VIDEO)
1 829 0

LGBT uşaqlarından imtina etməyən azərbaycan anaları (VIDEO)

Azərbaycan
Əlfəcin
Stereotiplər, təhqirlər, təhdidlər, zorakılıq - Şərqi Avropa ölkələrində LGBT üçün gündəlik haldır. Homoseksualları təkçə cəmiyyət yox, hətta öz ailələridə qəbul etmirlər. Cəmiyyət nə qədər homofoblu olsa, o gedər də LGBT uşaqlar öz valideynləri tərəfindən təstək tapmaqda çətinlik çəkirlər.

Azərbaycanda,hətta təxminən ,LGBT icmasının sayını müəyyən etmək mümkün deyil, çünki əksəriyyət öz cinsi oriyentasiyasını diqqətlə gizlədir. Beşinci dəfə Avropada ən homofobiyalı kimi tanınan ölkədə, homoseksuallar  öz seksuallıqları haqqında açıq danışmırlar, hətta onu ən yaxın insanlardan belə diqqətlə gizlədirlər. Bunun da ciddi səbəbləri vardır.

Azərbaycan. Açıq dəstək yoxdur.

Azərbaycanı Avropanın ən homofob ölkəsi kimi tanıyırlar, burada açıq homoseksuallar yoxdur. Bir qayda olaraq, LGBT-uşaqların valideynləri onlardan imtina edir, evdən qovurlar. Öz uşağını anlamaq və dəstəkləmək üçün güc tapanlar bunu açıq şəkildə edə bilmirlər.

Sərbəst yaşasınlar.

"Mən özüm də bu gün bütün dünyaya danişardım ki, mənim oğlum belədir, bütün qohumlarıma, tanışlarıma deyərdmi – istəyirsiniz, qəbul edin, istəyirsiniz etməyin. Amma mən həyat yoldaşım və qızlarıma görə gorxuram", - 36 yaşlı Şamilin anası dedi.



Şamil artıq Azərbaycanda yaşamır, "sentyabr qırğınları"ndan sonra gedib. O vaxt, polis LGBT icmasının nümayəndələrini küçədə saxladı, onları mənzillərdən polis məntəqələrinə apardı. Bir neçə gün ərzində yüzə yaxın adam saxlanılmış, onları təhqir etmiş, döymüş və zorlamışlar. "Mən onun gedişini anlayışla qəbul etdim. -  Şamilin anası deyir, - fikirləşdim, qoy azad yaşasın, istədiyi kimi yaşasın.»

Gay.Az/Salam.gay
21
1
05.08.2020
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız