Polis Bakıda polis zorakılığına qarşı aksiyanı dağıdıb (VIDEO) » LGBT Azerbaijan Gay.Az
Polis Bakıda polis zorakılığına qarşı aksiyanı dağıdıb (VIDEO)
214 0

Polis Bakıda polis zorakılığına qarşı aksiyanı dağıdıb (VIDEO)

Azərbaycan
Əlfəcin
Polis Bakıda bir qrup fəalın Daxili İşlər Nazirliyinin qarşısında polis zorakılığına və özbaşınalığına qarşı keçirmək istədiyi etiraz aksiyasını dağıdıb. Aksiya ötən həftə 11 nəfər bina sakininin həbsi ilə nəticələnən hadisəyə həsr olunub.

İyunun 6-7-də Bakıda və Azərbaycanın digər bir neçə iri şəhərində koronavirusa yoluxanların sayının artması səbəbilə ikigünlük lokdaun elan olunub. İki sutka ərzində şəhər sakinlərinə istənilən səbəblə evdən çıxmaq qadağan edilib – hətta zibil atmaq və it gəzdirmək üçün küçəyə çıxmağa icazə verilməyib.

İnsanlar bunu çox mənfi qəbul edib, vəziyyət gərginləşib. Məhəllələr arasında polis maşınlarının dolaşaraq pozucuları “ovlaması” insanların qəzəbini daha da artırıb. Nəticədə  polis əməkdaşları və Bakı rayonlarından birində çoxmərtəbəli binalardan birinin sakinləri arasında münaqişə baş verib, bina sakinləri etiraz əlaməti olaraq balkonlardan polislərin üzərinə zibil atıblar.

İyunun 8-də səhər tezdən çevik polis alayı binaya hücum edərək 11 nəfəri saxlayıb. Bu zaman insanlarla həddən artıq sərt davranılıb, onlar döyülüb, təhqir edilib, videoya çəkilərək internetdə yayılıb. Daha sonra isə saxlanılanlar 15-30 sutka inzibati həbslə cəzalandırılıblar. Bu hadisə sosial şəbəkələrdə qızğın müzakirə olunub. Bir çox bakılının qənaətincə, polis bu dəfə bütün mümkün sərhədləri keçib.

Hazırkı aksiya da bütün bunlara qarşı etiraz əlaməti olaraq təşkil edilib.

Aksiyaya iyirmiyə yaxın insan toplaşıb. Etirazçılar əsasən qadınlardan ibarət olub. Polis bir qədər gözləyəndən sonra nazirliyin binası qarşısındakı bütün ərazini mühasirəyə alıb və etirazçılar öz narazılıqlarını səsləndirməyə başlayandan az sonra aksiyanı dağıdıblar. İctimai fəal Nərmin Şahmarzadə saxlanılaraq polis şöbəsinə aparılıb. Bir neçə aksiya iştirakçısı isə avtobuslara doldurularaq ərazidən uzaqlaşdırılıb və sonra azad edilib.



Gay.Az/Salam.gay/jam-news.net
Фото: Башир Китачаев
Видео: Meydan.tv
7
4
18.06.2020
Şərh yaz

Şərh yaz
Görünməz olduqda kodu yeniləmək üçün görüntüyə vurun
Şərhlər (0)
Şəbəkələrdən daxil ol:
Qetdiyyatdan keçərkən, siz istifadəçi razılaşmasının şərtləri ilə razılaşırsınız